ƏDLİYYƏ NAZİRLİYİ NOTARİATIN RƏQƏMSAL İMKANLARINA DAİR ONLAYN BRİFİNQ KEÇİRİB

 

2021-07-16

“Mobil notariat”dan istifadənin daha rahat həyata keçirilməsi üçün qeydiyyat proseduru sadələşdirilibBakı, 16 iyul, AZƏRTAC İyulun 16-da Ədliyyə Nazirliyinin feysbukdakı səhifəsində “Notariatın rəqəmsal imkanları” mövzusunda onlayn brifinq təşkil olunub. AZƏRTAC xəbər verir ki, brifinqdə iştirak edən Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 34 saylı notariat ofisinin notariusu Sübhi Bektaşi notariatın fəaliyyəti, bu sahədə həyata keçirilən yeniliklər, görülən işlər barədə ətraflı məlumat veriblər. 

 

Kitabxana

Ədliyyə Akademiyasının kitabxanası, əsasən hüququn müxtəlif sahələrini əhatə edən, ixztisaslaşdırılmış hüquq kitabxanasıdır.Həmçinin burada ictimai fənləri əhatə edən və məlumat xarakterli ədəbiyyatlar da mövcuddur.Kitabxanın oxucuları Ədliyyə Akademiyasının müdavimləri və digər hüquqşünaslardır. Ədliyyə Akadedmiyasının kitabxanasında 5253 nüsxə kitab, 1702 nüsxə müxtəlif adda elmi jurnal oxucuların istifadəsinə təklif olunur. Kitabxana hər il bir çox nüfuzlu xarici elmi jurnallara abunə olur.

Yaxın zamanda, Ədliyyə Akademiyasının elektron kitabxanası hüquq ictimaiyyətinin istifadəsinə veriləcəkdir.