Kadrlar bölməsi

  • Fəaliyyəti
  • Əməkdaşlar

Kadrlar Bölməsi Akademiyanın müstəqil struktur qurumudur.Akademiyaya qulluğa və işə qəbul, işçilərin qulluq keçməsi və əmək münasibətləri, onların tədrisə cəlb edilməsi ilə bağlı, habelə bu məsələlərdən irəli gələn digər işləri təşkil edir;qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Bölmə, fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

1.Akademiyaya qulluğa qəbul edilmə ilə bağlı namizədlərlə aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqə və müsahibənin keçirilməsindən irəli gələn işləri aparmaq;
2.Akademiyaya ilk dəfə qulluğa qəbul olunmuş işçilərin andiçmə mərasimini təşkil etmək;
3.Akademiyaya ilk dəfə qulluğa qəbul olunmuş işçilərin müəyyən edilmiş qaydada stajorluq və sınaq keçmələri işini təşkil etmək;
4.işçilərin vəzifələrdə istifadə olunması, ştat vahidlərinin işçilərlə komplektləşdirilməsi, həmçinin yerdəyişməsi, işdən azad edilməsi və işdən kənarlaşdırması haqqında təkliflər vermək;
5.Akademiyada rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması işini təşkil etmək;
6.Akademiya işçilərinin fəaliyyətinin qanunvericilikdə nəzərdə tutulan meyarlar əsasında qiymətləndirilməsinin nəticələrini təhlil etmək və təkliflər vermək;
7.Akademiyada ştat vahidlərindən istifadə olunmasının təkmilləşdirilməsi məqsədilə Akademiyanın digər qurumları ilə birlikdə təkliflər vermək;
8.Nazirliyin sisteminə daxil olan qurumların kadr xidmətlərinin müsbət iş tə crübəsini öyrənib tətbiq etmək;
9.işçilərin seçilib yerləşdirilməsi, onlara xüsusi rütbələrin, ixtisas dərəcələrinin verilməsi, işçilərin həvəsləndirilməsi, onlara intizam tənbeh tədbirlərinin tətbiq edilməsi, habelə attestasiyasının keçirilməsi və digər kadr məsələləri barədə
10.Akademiya rəhbərliyinə arayışlar təqdim etmək, müvafiq əmr və sərəncam layihələri hazırlamaq;
11.Akademiyanın aidiyyəti qurumları ilə birlikdə işçilərin nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə ədliyyə orqanlarının tədris müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən istifadə edilməsi barədə təkliflər vermək;
12.kadr işinin istiqamətləri ilə bağlı statistik hesabatları aparmaq;
13.işçilərin əmək intizamına, qulluq etikası normalarına və intizam
qaydalarına əməl etməsinə nəzarət etmək;
14.səlahiyyətləri daxilində Akademiya işçiləri barədə və digər müraciətlərə
baxmaq;
15.informasiya texnologiyaları tətbiq etməklə Akademiya işçilərinin mərkəzləşdirilmiş məlumat bazasını (reyestrini) formalaşdırmaq və kadr işinin istiqamətləri üzrə uçot aparmaq;
16.işçilərin məzuniyyətdən istifadə məsələləri və xidməti ezamiyyələri ilə
bağlı işləri aparmaq;
17.işçilərin şəxsi işlərini, əmək kitabçalarını, kartotekalarını aparmaq,
onların, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını həyata keçirmək, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin etmək;
18.Akademiyanın Elmi Şurasının, Müsabiqə Komissiyasının, Attestasiya Komissiyasının, işçilərin qulluq stajının hesablanması və qulluq keçmə məsələləri ilə bağlı digər komissiyalarının fəaliyyətindən irəli gələn işləri aparmaq;
19.dövlət sirri ilə işləməyə buraxılışın rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi) üçün sənədlərin hazırlanması ilə bağlı işləri aparmaq;
20.Nazirlik və Akademiya üzrə əmr və sərəncamların rəsmiləşdirilməsini təmin etmək və onların icrası ilə bağlı aidiyyəti tədbirləri həyata keçirmək;
21.müəyyən olunmuş qaydada xidməti vəsiqələrin və buraxılış vərəqələrinin hazırlanmasını və qeydiyyatını həyata keçirmək;
22.Akademiya işçilərinin maddi və sosial müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş tədbirlər barədə təkliflər vermək;
23.Akademiyanın veteranlarına, şəhid olmuş işçilərin ailələrinə qayğı göstərilməsi işini təşkil etmək;
24.səlahiyyətləri daxilində işçilərə müvafiq arayışlar və xasiyyətnamələr hazırlamaq;
25.Akademiyada qulluq keçmə və əmək münasibətləri haqqında qanunvericiliyin icrası üzrə digər tədbirləri həyata keçirmək;
26.fəaliyyət istiqamətləri üzrə, həmçinin Nazirliyin və Akademiyanın rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.