Hüquqi təminat bölməsi

  • Fəaliyyəti
  • Əməkdaşlar

Ədliyyə Akademiyasının Hüqüq klinikasında ali  təhsilli hüquqşünaslar, vəkillər və Ədliyyə Akademiyasının müəlllimlərinin nəzarəti altında əhalinin aztəminatlı vətəndaşlarına: təqaüdçülərə, əlillərə, qaçqın və məcburi köçkünlərə, təhsil alan gənclərə məsləhət formasında pulsuz hüquqi yardım göstərilir. Ali  təhsilli hüquqşünaslar, vəkillər və Ədliyyə Akademiyasının müəlllimləri Sizə hüquqi xarakterli sənədləri lazımi qaydada tərtib etməyi, dövlət orqanlarında və başqa təşkilatlarda maraqlarınızın müdafiəsi üçün atacağınız addımların ardıcıllığını izah edəcəklər.
Əgər siz Klinikaya müraciət etməyi qərara almısınızsa, zəng edərək işin mahiyyəti barədə qısa məlumat verin, məsləhət üçün Klinikaya gələcəyiniz gün və vaxt barədə Klinikamızın əməkdaşı ilə razılaşın.
Siz həftənin iş günləri saat 09:30-dan 16:00-dək Klinikaya müraciət edə bilərsiniz.
Ünvan: AZ 1000, Bakı şəhəri, Vidadi küçəsi 158, Tel,Faks:(012)598-28-52
E-mail: academylawclinic@gmail.com

Məqsəd 
Təcrübəli mütəxəssislər tərəfindən əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi məsləhətlərin verilməsini, o cümlədən mülki prosesdə onların maraqlarının təmin edilməsini təşkil etmək.

Kliniki fəaliyyətin strukturu 
1.Maarifləndirmə fəaliyyəti
2.Hüquqi məsləhətlərin verilməsi, mülki proseslərdə sifarişçilərin maraqlarını təmsil edilməsi üzrə fəaliyyət
Bu hüququn mülki prosessual hüquq və insan hüquqları üzrə həyata keçirilməsi nəzərdə tutulur.
Maarifləndirmə fəaliyyəti daxilində praktik vərdişlərin öyrədilməsi ali təhsilli  hüquqşünası, və vəkilləri və Ədliyyə Akademiyasının müəlllimlərini təcrübədə konkret problemli vəziyyətlərlə tanış etməyi nəzərdə tutur.

Hüquqi məsləhətlərin verilməsi fəaliyyəti
Bu fəaliyyətin vacibliyi onda ifadə olunur ki, tələbələr konkret həyati hadisələr üzərində işləyərkən onların baxılmasında kənardan müşahidəçi qismində iştirak etmirlər, onlar bu və ya digər hərəkəti etməyə, yəni müştərilərə məsləhət vermək yolu ilə konkret hüquqi yardım göstərməyə məcburdurlar.

Qeyd etmək lazımdır ki, hüquqi məsləhət vermə vəzifəsinin məsuliyyətini və müştərinin məhkəmədə təmsil olunmasını nəzərə alaraq,bu fəaliyyəti həyata keçirərkən tələbələr təcrübəli mütəxəssisin nəzarəti altında olur.