Xəbərlər
ƏDLIYYƏ AKADEMIYASINDA MƏHKƏMƏ APARATI IŞÇILƏRI IXTISASARTIRMA KURSLARI KEÇIRILIB
2019-04-26
Ədliyyə Akademiyasında 18 və 26 aprel tarixlərində məhkəmə aparatı işçiləri üçün “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər” mövzusunda təlim keçirilib.
Ümumilikdə 57 nəfər məhkəmə aparatı işçisinin iştirak etdiyi təlimdə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanunu”, “Elektron məhkəmə informasiya sistemindən məhkəmələrdə səmərəli istifadə məsələləri”, “Məhkəmə aparatı işçilərinin məhkəmələrin idarə edilməsində rolu və onlar üçün nəzərdə tutulmuş davranış prinsipləri” mövzuları üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.