Xəbərlər

HAKMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-05-31

31 may tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakimlər üçün “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının  tətbiq məsələləri” mövzusunda ixtisasartırma kursu keçirilib.

Ümumilikdə 27 nəfər hakimin iştirak etdiyi tədris kursunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşlarının və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işçi qrupunun rəhbəri,“Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsinin koordinatoru Ramin Qurbanovun təqdimatları dinlənilib.

Kursda müasir idarəetmənin sosial-hüquqi aspektləri, məhkəmələrdə  müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əsasları, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının ədalət mühakiməsinin həyata keçirilməsində rolu, elektron hökümətkimiməsələlərhakimlərin diqqətinə çatdırılıb.

Eyni zamanda hakimlər üçün Azərbaycan Respublikası ədliyyə naziri cənab Fikrət Məmmədovun göstərişi ilə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilmiş, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.