Xəbərlər

ƏDLİYYƏ NAZİRİ TƏRƏFİNDƏN VƏTƏNDAŞLARIN VİDEOQƏBULU KEÇİRİLİB

2021-07-15

 

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, pandemiya şəraiti nəzərə alınaraq müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir. İyulun 14-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib. Regional ədliyyə idarələri vasitəsilə videoqəbula qoşulan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin dinlənilməsinin videokonfrans şəkildə təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı