Xəbərlər

Ədliyyə Akademiyası Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi ilə bağlı təlimlərini davam etdirir

2022-12-02



Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Hüquq fakültəsi tələbələri üçün Bakı Dövlət Universitetində maarifləndirici təlim keçirilib. Təlimin həyata keçirilməsi “2022-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı”nın 5-ci bəndində nəzərdə tutulmuş dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi (DİM16) üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin   icrasından irəli gəlir.

Təlimdə Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən qanunla münaqişədə olan uşaqların ədalət mühakiməsi, qadınların ədalət mühakiməsinə çatımlılığının təmin edilməsinə dair mövzularda çıxışlar edilib. Çıxışlarda yuvenal ədliyyənin anlayışına, tarixinə, beynəlxalq hüquqi əsaslarına, dünya ölkələrinin və ölkəmizin təcrübəsində  qanunla münaqişədə olan uşaqların ədalət mühakiməsindəki xüsusilyinə, qadınların ədalət mühakiməsinə çıxışının təmin edilməsinin beynəlxaq hüquqi əsasların, bərabər çatımlılıq imkanlarına, ədalət mühakiməsi anlayışına, qadınlara münasibətdə spesifikliyinə və s. kimi məsələlərə toxunulub.

70-dək Hüquq fakültəsi tələbəsinin iştrak etdiyi təlim  tələbələrin  aktiv iştirakı ilə müzakirə şəklində davam edib.