Xəbərlər

“Zərifə Əliyeva timsalında Azərbaycan qadını” mövzusunda tədbir keçirilmişdir

2023-03-06



06 mart 2023-cü il tarixində Ədliyyə Akademiyasında Tibb baş idarəsinin və Ədliyyə Akademiyasının əməkdaşları üçün Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Zərifə Əliyeva timsalında Azərbaycan qadını” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin Hərbi-həkim komissiyasının həkim oftalmoloqu Nərgiz Əfəndiyeva tibb xidməti mayoru  və Tibb baş idarəsi Hospitalının Qəbul bölməsinin rəisi tibb xidməti mayoru Aytən Tağıyeva çıxış etmişdir.

Nərgiz Əfəndiyeva çıxışına Zərifə Əliyevanın savadlı həkim olması ilə bərabər, fədakar həkim olduğunu qeyd etməklə başladı. Belə ki, Zərifə xanım XX ərin 40-50-ci illərində, xüsusilə, cənub rayonlarında yayılmış traxoma xəstəliyinin qarşısının alınmasında, xəstəliyə qarşı aparılan mübarizə tədbirlərində fəal iştirakını, xəstəliyin daha çox yayıldığı rayonlara getməsini və əhalini kütləvi müayinə etməsi barədə danışmışdır.

Bundan əlavə, Nərgiz xanım bir alim kimi, Zərifə xanımım elmi əsərlərindən bəhs etmiş, həmçinin Zərifə xanımın daim gənc alimlərə dəstək olmasını vurğulamışdır. Xüsusilə, kimya sahəsində görmə üzvünün profilaktikasına həsr olunmuş silsilə elmi əsərlərinə görə ona 1981-ci ildə SSRİ Tibbi Elmləri Akademiyasının oftalmoloqlar üçün ən nüfüuzlu mükafat olan akademik M.İ.Averbax adına mükafat verilmişdir. O, bu yüksək mükafa layiq görülmüş ilk qadın alim olmuşdur.

Aytən Tağıyeva  daha çox Zərifə xanım Əliyevadan danışarkən ondan bir qadın, həyat yoldaşı, ana kimi bəhs etmiş və onun Azərbaycan qadınının ən bariz nümunəsi olduğunu qeyd etmişdir.

Aytən xanım çıxışında Zərifə xanımın doğulub böyüdüyü mühitin onun taleyində, “Zərifə Əliyeva fenomeni”nin formalaşmasında mühüm rolunun olduğunu bildirmişdir. Zərifə xanım Əliyeva görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əzizi Əliyevin ailəsində böyümüş və onun yolunu davam etdirmişdir. Sözsüz ki, böyüdüyü mühit onun səmimi, zərif, alicənab, savadlı, uzaqgörən Azərbaycan qadını olmasına təkan vermişdir.

Zərifə xanım, eyni zamanda, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin     ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdiur. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamışdır. Ulu öndər Zərifə xanımın ailəsi üçün necə əvəzsiz dəyər kəsb etdiyini dəfələrlə söyləmişdir.

Daha sonra, Aytən Tağıyeva Zərifə xanımdan ana kimi bəhs edərkən onun analıq vəzifələrinin öhdəsindən də layiqincə gəldiyini və qəlblərində daim Azərbaycan sevgisi yaşadan övladlar yetişdirdiyini bildirmişdir. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəısində Azərbaycan daha da çiçəklənib qüdrətli ölkəyə çevrilir.

Çıxışçı Prezident İlham Əliyevin anası haqqında dediyi sözlərlə çıxışına davam etmişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanrdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda. Çox xeyirxah insan idi. Böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.

Həmçinin Aytən xanım, Tibb baş idarəsinin əməkdaşlarının 2015-ci ildə Milli Oftalmologiya Mərkəzində Zərifə xanım Əliyevanın xatirəsinə açılmış Xatirə muzeyinin açılışında iştirak etdiklərini və ora ürək sözlərini yazdıqlarını bildirdi.

 

Tədbirdə Ədliyyə Nazirliyinin Tibb baş idarəsi və Ədliyyə Akademiyasında çalışan 27 (iyirmi yeddi) nəfər əməkdaş iştirak etmişdir.