Xəbərlər

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

2023-03-14

 



Dövlət başçısının Sərəncamı ilə Ümummilli Liderin 100 illiyi münasibətilə elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində dahi öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə Ədliyyə Nazirliyinin və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşkilatçılığı ilə Ulu Öndərin yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi və əməkdaşları, assosiasiyaların təmsilçiləri və Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzv və quluqçuları iştirak ediblər.

Bakı şəhəri Nərimanov rayonu ərazisində yerli iqlim şəraitinə uyğun olan sərv ağacları əkilib. Həmçinin əkilmiş ağaclara qayğı göstərilməsi məqsədilə müvafiq qulluq vasitələrindən istifadə etməklə lazımi tədbirlər görülüb.