Xəbərlər

Regional ədliyyə idarələrinin əməkdaşları üçün təlim keçirilmişdir

2023-04-26


17 və 19-20 aprel tarixlərində “Regional ədliyyə idarələri haqqında Əsasnamə”nin tətbiqinə metodiki və əməli köməklik göstərmək məqsədilə Ədliyyə Akademiyası tərəfindən regional ədliyyə idarələrinin əməkdaşları üçün təlim keçirilmişdir. 17 aprel tarixində keçirilmiş təlim distant formada həyata keçirilmişdir.

  Təlimin Proqramı Ədliyyə Akademiyası tərəfindən hazırlanmışdır. Təlim proqrama uyğun olaraq həyata keçirilmişdir.

 Proqramda nəzərdə tutulmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Notariat fəaliyyətinin təşkili və həyata keçirilməsi”, “Qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı və fəaliyyətinin yoxlanılması”, ““Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələr”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət. “Bələdiyyələrlə İş Portalı”nın funksionallığı”, ““Elektron məhkəmə” informasiya sistemi”, ““Elektron icra” informasiya sisteminin tətbiqi qaydaları”, ““Elektron notariat” informasiya sisteminin imkanları”, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlıq işlərinin təşkili”, “Elektron sənəd dövriyyəsi”, “Qanunvericilikə icrası icra məmurlarına həvalə edilmiş icra sənədlərinin icrasının təmin olunmasında regional ədliyyə idarələrinin rolu” mövzuları Ədliyyə Nazirliyinin müvafiq idarələrinin əməkdaşları tərəfindən tədris edilmişdir.

  19-20 aprel tarixlərində günün ikinci yarısında regional ədliyyə idarələrinin əməkdaşları Ədliyyə Nazirliyinin Katibliyi, Bələdiyyələrlə iş mərkəzi, İcra baş idarəsi, Ədliyyə sahəsində xidmətlər baş idarəsi, Probasiya xidmətində təcrübədə olmuş, idarələrin fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Sonda dinləyicilər arasında kursun təşkilinə, tədris olunan mövzulara, təlimçilərə münasibətlərini öyrənmək məqsədilə anonim sorğu aparılmışdır. Anonim sorğu zamanı onlar təlimin təşkilindən razı qaldıqlarını, tədris olunan mövzuların tələblərinə cavab verdiyini, məruzəçilərin hazırlıq səviyyəsini və tətbiq edilən metodologiyanı yüksək qiymətləndirdiklərini bildirmişlər. Həmçinin, təlimlərin tez-tez təşkil olunmasını, və müddətinin artırılmasını, proqramda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, bələdiyyələr tərəfindən inzibati aktların hazırlanması, elektron sənəd dövriyyəsi ilə bağlı mövzulara daha çox yer ayrılmasını təklif olaraq bildirmişdirlər.

 

Təlimə 20 nəfər əməkdaş cəlb edilmişdir. Onlardan 7-si kişi, 11-i qadın olmaqla 18  nəfəri 17 apreldə baş tutmuş distant təlimdə, 6-sı qadın, 13-ü kişi olmaqla 19 nəfəri isə 19-20 aprel tarixlərində ənənəvi qaydada keçirilmiş təlimdə iştirak etmişdir.