Xəbərlər

26-28 aprel 2023-cü il tarixlərində Türkiyənin Bursa şəhərində Türk Ədliyyə Təlimi Şəbəkəsinin (TJTN) fəaliyyəti çərçivəsində “Kibercinayətkarlığa dair Qurultay” keçirilmişdir

2023-05-03


26-28 aprel 2023-cü il tarixlərində Türkiyənin Bursa şəhərində Türk Ədliyyə  Təlimi Şəbəkəsinin (TJTN) fəaliyyəti çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türk Dövlətləri Təşkilatının birgə əməkdaşlığı ilə Türk Ədliyyə  Təlimi Şəbəkəsinin üzvləri və müşahidəçi üzvlərindən olan nümayəndələrin, hakimlərin və prokurorların iştirakı ilə “Kibercinayətkarlığa dair Qurultay” keçirilmişdir

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkiyə və Şimali Kipr Türk Respublikası nümayəndələrinin qatıldığı Qurultayda iştirakçılar “Beynəlxalq hüquqda və milli qanunvericiklərdə kibercinayətkarlıqla mübarizə” mövzusunda məlumat və təcrübə mübadiləsi aparmışlardır.

 

Təlim şəbəkəsinin üzvi kimi Azərbaycan Respubliksından Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-tədris Mərkəzinin nümayəndələri, hakim və Ədliyyə Nazirliyinin əməkdaşları Azərbaycan Respubliksından ümumilikdə 6 nəfərdən ibatər heyət qurultayda iştirak etmişdir. Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev, Baş Prokurorluğun Elm-tədris Mərkəzinin nümayəndəsi Əmir Ocaqverdiyev, Yasamal rayon məhkəməsinin hakimi Murad Məmmədov kibercinayətkarlıqla əlaqədar milli qanunvericilik və bu sahədə məhkəmə-hüquq təcrübəsi üzrə məruzələrlə çıxış etmiş və iştirakçılara geniş məlumatlar vermişdirlər.