Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASI “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ YENİDƏN BAXILMIŞ AVROPA SOSİAL XARTİYASININ YERLİ SƏVİYYƏDƏ İCRA OLUNMASI İLƏ BAĞLI VƏKİLLƏRİN VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN BACARIQLARININ ARTIRILMASI” ADLI LAYİHƏ HƏYATA KEÇİRİLİR

2014-09-05

Avropa Şurası Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində Hökumətin islahat siyasətini dəstəkləmək məqsədilə “Avropa İnsan Hüquqları Konvensiyası və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması” adlı iki illik layihənin icrasını həyata keçirir. Bu regional layihənin 2013-2015-ci illərdə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Rusiya və Ukraynada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Akademiyası bu layihə üzrə əsas yerli tərəfdaş təşkilatdır.

 

Belə ki, Avropa Birliyi və Avropa Şurasının Birgə Proqramı əsasında həyata keçirilən bu layihə çərçivəsində “Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunan əsassız və qəbuledilməyən ərizələrin sayının azaldılması məqsədilə, yaxşı əsaslandırılmış ərizələrin hazırlanması istiqamətində vəkillərin və hüquq müdafiəçilərinin...

 

ƏDLİYYƏ AKADEMİYASINDA AZƏRBAYCAN RESPUBLİKASININ PROKURORLUQ ORQANLARINA İLK DƏFƏ QULLUĞA QƏBUL EDİLƏN NAMİZƏDLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ BURAXILIŞI MƏQSƏDİLƏ İCBARİ TƏLİM KURSU BAŞLAMIŞDIR

2014-08-27

27.08.2014-cü il tarixdə Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının Prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 71 nəfər namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin başlanması ilə əlaqədar tədbir keçirilmişdir.

 

 

Tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən E. Xələfov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi B. Mahmudov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəhbəri, Ədliyyə Akademiyasının Prokurorluq fəaliyyəti üzrə peşəyə buraxılış fakültəsinin dekan əvəzi N. Bayramov namizədlər qarşısında çıxış...

 

ƏDLİYYƏ AKADEMİYASINDA AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ VƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏR ÜÇÜN İCBARİ TƏLİM KURSU BAŞLAMIŞDIR

2014-06-23

Ədliyyə Akademiyasında 23.06.2014-cü il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin peşə fəaliyyətinə buraxılmaları məqsədilə təşkil edilən icbari təlimin başlaması ilə əlaqədar tədbir keçirilmişdir.

 

Tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən E.Xələfov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri A.Tağıyev, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri T.Hüseynov və Ədliyyə Akademiyası Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin dekan əvəzi A.Bağırov vəkilliyə namizədlər üçün təşkil olunan tədris kursunun açılışı ilə əlaqədar çıxış etmişlər.

 

Qeyd olunmuşdur ki, vəkilliyə namizədlər üçün 23.06.2014-cü il tarixdən 05.08.2014-cü il tarixədək təşkil olunan icbari təlim kursunun proqramı Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən...

 

 

“İNSAN HÜQUQLARI GÜNÜ” MÜNASİBƏTİLƏ ƏDLİYYƏ AKADEMİYASINDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

2014-06-05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər ilin iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə bu ərəfədə - mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir.

 

Bununla əlaqədar olaraq, Ədliyyə Akademiyasının da həmin tədbirlərə qoşulması məqsədilə cari ilin iyun ayının 5-də pulsuz hüquqi yardım göstərən hüquq klinikalarının, Ədliyyə Nazirliyinin Hüquqi məsləhət xidməti mərkəzlərinin, QHT-in və Ombudsman Aparatının nümayəndələrinin iştirakı ilə Ədliyyə Akademiyasında dəyirmi masa...

 

ƏDLİYYƏ ORQANLARINA QULLUĞA QƏBULLA BAĞLI NÖVBƏTİ MÜSABİQƏDƏ İŞTİRAK EDƏN NAMİZƏDLƏRİN NƏZƏRİNƏ

2014-04-30

Məlumat verildiyi kimi, Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi məqsədilə cari ilin fevral ayının 15-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Əlavə məlumat Nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də  538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq...