Xəbərlər

Dünya Bankı Ədliyyə Sahəsində Həyata Keçirilən Layihəni Örnək Kimi Qiymətləndirir

2022-05-31

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Dünya Bankı tərəfindən böyük maraq göstərilərək bu sahədə 15 ildən çoxdur səmərəli əməkdaşlıq edilir, mütərəqqi ədliyyə xidmətləri və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə birgə layihələr uğurla həyata keçirilir.

 

Azərbaycan Və Özbəkistan Ədliyyə Sahəsində Səmərəli Əməkdaşlıq Edir

2022-02-18

Fevralın 17-də ədliyyə naziri Fikrət Məmmədov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edən nazir tarixi köklərə malik bu əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin xüsusi rolunu vurğulayıb, Vətən müharibəsində dost Özbəkistanın dəstəyini qeyd edib. 

 

Mobil Notariat Xidmətləri Xarici Ölkələrdə Böyük Maraq Doğurur

2021-09-12

Notariat sahəsində innovasiyaların tətbiqi fonunda elektron notariat xidmətləri üzrə Azərbaycan təcrübəsi xarici dövlətlərin notariat icmasında daim maraq doğurur. Müasir xidmətlərin təşviqi çərçivəsində Azərbaycan Notariat Palatası ilə Ədliyyə Nazirliyinin nümayəndələrindən ibarət heyətin Türkiyə və Özbəkistan respublikalarına işgüzar səfərləri olmuşdur.

 

AZƏRBAYCAN-TÜRKİYƏ ARASINDA HÜQUQİ ƏLAQƏLƏR MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİNƏ UYĞUN İNKİŞAF EDİR

2021-07-05

Dost və qardaş Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri tərəfindən sıx əməkdaşlıq edilir, nümayəndə heyətlərinin müntəzəm səfərləri və birgə tədbirlər keçirilir, səmərəli hüquqi yardım göstərilir. İki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə Ədliyyə Akademiyasının rektoru Muhittin Özdemir rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib. Səfər zamanı qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar.

 

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA HÜQUQİ ƏLAQƏLƏR İNKİŞAF EDİR

2021-06-01

İyunun 1-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir dostluq və qardaşlıq münasibətlərimizin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf etdiyini, əlaqələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib. Bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə qədər dünyada bir-birinə yaxın olan ikinci ölkə yoxdur.

 
12345 >>