Xəbərlər

HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2016-12-16

Dekabrın 15-16-da  Ədliyyə Akademiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə “Excelsior” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq hüququ)” mövzusunda hakimlər üçün təlim keçirilmişdir.

 

 

Təlimin açılışında Azərbaycan Respublikasının Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən  Elçin Xələfov və   Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbər müavini Joel Mermet çıxış etmişlər. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü  Sevinc Əliyevanın təqdimatları da hakimlərin diqqətinə çatdırılmışdır.

 

 

Təlim zamanı hakimlərə azadlıq hüququnun anlayışı və əhəmiyyəti, həbsin qanuniliyi, 5-ci maddənin 1-ci bəndinə əsasən azadlıqdan qanuni məhrum etmə:məhkum olunduqdan sonra həbs, məhkəmə qərarının və ya hüquqi öhdəliyin yerinə yetirilməməsinə görə həbs, 5-ci maddənin 1-ci bəndinə əsasən azadlıqdan qanuni məhrum etmə (davamı),həbs qətimkan tədbiri, yetkinlik yaşına çatmamış şəxsin həbsə alınması, tibbi və sosial səbəblərə görə həbs, azadlıqdan məhrum edilmiş şəxslər üçün təminatlar: tutulmanın səbəbləri haqqında məlumat (maddə 5.2), dərhal hakimin yanına gətirilmək hüququ (maddə 5.3), azadlıqdan məhrum edilmiş şəxslər üçün təminatlar (davamı): ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququ (maddə 5.3), həbsin qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququ (maddə 5.4), qeyri-qanuni həbsə görə kompensasiya hüququ, məhkəmə  müdafiəsi vasitəsi, kompensasiyanın mümkünlüyü, xarakteri və məbləği, zərərin mövcudluğu, tədris olunmuş, mövzu ətrafında kazuslar müzakirə edilmişdir.