Xəbərlər

TÜRKİYƏNİN İSTANBUL ŞƏHƏRİNDƏ TÜRKİYƏ ƏDLİYYƏ AKADEMİYASININ TƏŞKİLATÇILIĞI İLƏ HÜQUQ TƏHSİLİ ÜZRƏ BEYNƏLXALQ KONQRES KEÇİRİLMİŞDİR

2017-10-06

4-6  oktyabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində Türkiyə Ədliyyə Akademiyasının təşkilatçılığı ilə Hüquq təhsili üzrə Beynəlxalq Konqres keçirilmişdir. Konqresin məqsədini hüquq təhsili sahəsində tədqiqatların aparılması, bu sahədə platformanın yaradılması, hüquq təhsilinin mühüm məqamlarının və əsalarının müəyyən edilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və digər aktual məsələlər ətrafında təcrübə mübadiləsinin aparılması təşkil etmişdir.

 

Beynəlxalq konqresdə bir çox ölkələrdən olan alimlər, praktiki hüquqşünaslar və hakimlər, həmçinin bir sıra xarici ekspertlər iştirak etmişdir. Konqresdə Ədliyyə Akademiyası da tərəfindən təmsil edilmişdir.

 

Tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov “Azərbaycan Respublikasında hüquq təhsilinin müasir vəziyyəti” mövzusunda təqdimatla çıxış etmişdir. Öz çıxışında natiq Azərbaycan Respublikasının hüquq təhsili sisteminin tarixi və onun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə konqres iştirakçılarını məlumatlandırmışdır.

 

 

Daha sonra cənab E.Xələfovla Türkiyə Ədliyyə Akademiyasının sədri Yılmaz Akçil arasında görüş baş tutmuşur. Görüşdə hər iki tərəf birgə əməkdaşlığın vacibliyini və səmərəliliyini vurğulamış, gələcək birgə fəaliyyət barədə müzakirələr aparmışlar, hakimliyə namizədlərin icbari təlimi çərçivəsində Türkiyə Ədliyyə Akademiyasına edilmiş səfər zamanı Akademiyanın gördüyü işlərə və qonaqpərvərliyinə görə minnətdarlıq bildirilmişdir.