Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI İLƏ BİRGƏ İXTİSASARTIRMA KURSU KEÇİRİB

2018-12-10

10-12 dekabr  tarixlərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və  Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Cinayət təqibini həyata keçirən orqanlar üçün insan alverinə qarşı mübarizə” mövzusunda  üç günlük kaskad təlim təşkil olunub.

 

Hakimlər, vəkillər, prokurorlar və Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirak etdiyi təlimdə Sumqayıt Apellyasiya Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin və Azərbaycan Respublikasının  Vəkillər Kollegiyasının üzvünün mühazirələri dinlənilib.

 

Təlimdə insan alveri  və digər cinayətlər arasında fərq yaradan milli aspektlər, risk faktorları və risk qrupları, insan alveri  və digər cinayətlər arasında fərqləri aşılayan beynəlxalq hüquqi çərçivə əsas hüquqi anlayışlar, insan alverinin obyektiv və subyektiv elementləri arasında fərqin müəyyən edilməsinə aid beynəlxalq anlayışlar, yerli təcrübədə insan alveri üzrə beynəlxalq anlayışların tətbiqində  yaranan problemlər, qurbanlar, müəyyənləşdirmə faktorları, qurban olmaq riski, cinayətdə qurbanlar və cinayət iştirakçılar arasındakı fərqlər, milli istiqamətləndirmə mexanizminin rolu, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların rolu, prosessual tədbirlər (qurbanın şəxsiyyətinə hörmət, profilaktik və qoruyucu tədbirlər, qurbanlara yardım, qanuni təmsilçilik, cinayət prosesində kompensasiya hüququ və digər hüquqlar), şahidlərin qorunması hallarında ədalətli mühakimə üzrə AİHM-in müvafiq kazusları da daxil olmaqla beynəlxalq aspektlər, milli aspektlər, insan alveri  insan hüquqlarının pozulması kimi (Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) təcrübəsi yanaşması) və AİHM aid iddianın təqdim edilməsi, AİHM-in yerli məhkəmə təcrübəsində həyata keçirilməsi, cinayətin aşkar edilməsində, sübutların toplanmasında və açıqlanmasında cinayət təqibi orqanlarının rolu və səlahiyyətləri və s. mövzularda məlumatlar iştirakçıların diqqətinə çatdırlıb.