ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏKİ İSLAHATLARLA BAĞLI MÜZAKİRƏLƏR APARILIB

 

2019-07-26

İyulun 26-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası elm müəssisələrinin nümayəndələri ilə Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn məsələlərlə bağlı ictimai müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov bildirib ki, Fərmanla bağlı ictimai müzakirələrə həsr olunmuş tədbirlər paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında keçirilib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişləndirilməsi məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür. Prezident tərəfindən imzalanmış müvafiq Fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət başçısı tərəfindən aparılan iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına xidmət edir. 2019-cu il 3 aprel tarixli Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.

 

 

Xəbərlər

BEYNƏLXALQ QIZIL XAÇ KOMİTƏSİ VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR VƏ PROKURORLAR ÜÇÜN TƏLİM KEÇİRİLİBD

2019-05-03

2-3 may tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Ayrı-ayrı kateqoriyalara aid cinayətlərə baxılmasının xüsusiyyətləri: Terrorizm cinayətləri beynəlxalq hüquq müstəvisində” mövzusunda hakimlər və prokurorlar üçün təlim keçirilib.

Təlimdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Elena A. Sessera açılış nitqi ilə çıxış edib.

Ümumilikdə 34 hakim və 9 prokurorluq orqanı əməkdaşının iştirak etdiyi təlimdə Moskva Ali İqtisadiyyat Məktəbinin Beynəlxalq hüquq kafedrasının  dosentinin, Kazan Federal  Universitetinin Beynəlxalq və Avropa hüququ kafedrasının professorunun, Bakı Dövlət Universitetinin və Sumqayıt Apellyasiya Məhkəməsinin hakiminin təqdimatları dinlənilib.

İştirakçılara Beynəlxalq cinayət hüququ anlayışı: stricto sensu beynəlxalq cinayətlərinin“növbəti nəsil” beynəlxalq cinayətlərindən fərqləndirilməsi,Terrorizm cinayətlərinin anlayışı, Terrorizm və beynəlxalq humanitar hüquq, Terrozim cinayətləri ilə bağlı istintaq aparılması və məhkəmə təqibi ilə bağlı praktiki cəhətlər, Cinayət Məcəlləsinin 283-cü maddəsi(Milli, irqi, sosial və ya  dini nifrət vədüşmənçiliyin salınması) ilə bağlı nəzəri və praktiki məsələlər barədə məlumat verilib və müxtəlif kazusların müzakirəsi aparılıb.

Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Eyni zamanda hakimlər üçün Azərbaycan Respublikası ədliyyə naziri cənab Fikrət Məmmədovun göstərişi ilə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.