Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA GİZ İLƏ BİRGƏ NÖVBƏTİ TƏLİM KEÇİRİLİB

2019-07-09

Ədliyyə Akademiyası tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqda həyata keçirilən silsilə tədris tədbirləri çərçivəsində iyul ayının 8-9-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə hakimlər üçün “İnzibati prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması” mövzusunda növbəti iki günlük təlim keçirilib.
GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” adlı regional proqramı çərçivəsində təşkil olunan təlimin açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov çıxış edərək Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıqdan, hakimlər üçün birgə tədris tədbirlərinin təşkilindən bəhs edib, təlimin əhəmiyyətini vurğulayıb. 
Təlimdə Almaniyanın təqaüddə olan hakimi Peter Jacobun təqdimatları dinlənilib.

Təlimdə inzibati prosesdə hakimlərin iş metodikasının səmərəliliyinin artırılması ilə bağlı məsələlər hakimlərin diqqətinə çatdırılıb, müxtəlif kazuslar üzrə iş aparılıb, diskussiyalar aparılaraq maraq doğuran suallar ətraflı cavablandırılıb.