Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİB

2019-09-09

Ədliyyə Akademiyasında Beynəlxalq Miqrasiya Təşkilatı və Akademiyanın birgə təşkilatçılığı ilə “Qadınların ədliyyəyə çıxışının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.

30 hakimin iştirakı ilə keçirilən zamanı Beynəlxalq Miqrasiya Təşkilatının eksperti Könül Qasımovanın təqdimatları dinlənilib.

Təlimdə qadınların (insan) hüquqları, cinsi və ya gender əsaslı qeyri - diskriminasiya, gender stereotipləri, məişət zorakılığı, cinsi zorakılıq, İstanbul Konvensiyasının tətbiqi ilə bağlı məsələlər hakimlərin diqqətinə çatdırılıb, mövzu ilə bağlı müxtəlif kazuslar həll edilib.

Eyni zamanda hakimlərin Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.