Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2019-09-13

Ədliyyə Akademiyasında hakimlər üçün “Hakimlərin deontologiya məsələləri və Etik Davranış Kodeksi” mövzusunda ixtisasartırma kursu keçirilib.

22 hakimin iştirak etdiyi kursda Quba Rayon Məhkəməsinin sədri,  Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsinin təqdimatları dinlənilib.

Kursda müasir idarəetmənin sosial-hüquqi aspektləri, hakimlərin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və təcrübə, hakimlərin kütləvi informasiya vasitələri ilə qarşılıqlı münasibətləri kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.

Eyni zamanda hakimlər üçün Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keçirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.