Xəbərlər

FRANSA RESPUBLİKASININ MƏHKƏMƏ-PROKURORLUQ MƏKTƏBİ VƏ ƏDLİYYƏ AKADEMİYASI ARASINDA DİNLƏYİCİLƏRİN (HAKİMLİYƏ NAMİZƏDLƏRİN) MÜBADİLƏSİ PROQRAMI HƏYATA KEÇİRİLİR

2014-03-14

Fransanın Məhkəmə-Prokurorluq Məktəbi və Ədliyyə Akademiyası arasında 16.07.2013-cü il tarixində imzalanmış əməkdaşlıq protokoluna əsasən hakimliyə namizədlər və hakimlərin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi nəzərdə tutulmuşdur.

 

 

Protokola uyğun olaraq Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbinin dinləyicisi, hakimliyə namizəd xanım Annabel Lesos 24 fevral-14 mart 2014-cü il tarixində təşkil olunan təcrübə mübadiləsi proqramında iştirak etmişdir.

 

Təcrübə proqramı çərçivəsində xanım A.Lesos Ədliyyə Akademiyasında və Ədliyyə nazirliyinin Beynəlxalq əməkdaşlıq İdarəsində qəbul edilmişdir, ona nazirliyin strukturu və səlahiyyətləri, həmçinin Qanunvericilik Baş İdarəsinin, Qeydiyyat və Notariat Baş İdarəsinin, İcra Baş İdarəsinin, Penitensiar Xidmətin fəaliyyəti barədə məlumat verilmişdir. Bununla yanaşı, xanım A.Lesos Məhkəmə-hüquq Şurasının, Baş prokurorluğun, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Mülki və Cinayət kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, “ASAN” Xidmətin, Vəkillər Kollegiyasının, fəaliyyəti ilə də tanış olmuşdur.

 

Səfər zamanı xanım A.Lesos Heydər Əliyev mərkəzini və Müasir İncəsənət Muzeyini  ziyarət etmişdir.

 

Gələcəkdə də tədris mərkəzləri arasında bu cür təcrübə mübadilələrinin keçirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.