Xəbərlər

HAKİMLƏR, PROKURORLAR VƏ VƏKİLLƏR ÜÇÜN “MƏİŞƏT ZORAKILIĞINA QARŞI MÜBARİZƏ” MÖVZUSUNDA İKİ GÜNLÜK TƏLİM KEÇİRİLMİŞDİR

2014-12-02

Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı problemin həlli tam planlı yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.

 

Kompleks tədbirlər zəruri hüquqi bazanın, o cümlədən inzibati cəza və cinayət təqibinə...

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA APARILAN MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI ÇƏRÇİVƏSİNDƏ YUVENAL ƏDLİYYƏNİN İNKİŞAFINA XÜSUSİ DİQQƏT YETİRİLİR

2014-11-29

Azərbaycan Respublikasında yuvenal ədliyyənin inkişaf etdirilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq edilir. Ölkəmizdə yuvenal ədliyyə islahatlarının dəstəklənməsi üçün 2008-ci ildən hal-hazıradək UNİCEF-lə birgə hər il üçün müvafiq fəaliyyət planı imzalanaraq icrası üzrə zəruri tədbirlər görülür. Sonuncu dəfə cari ilin...

 

 

BAKIDA “MÜLKİ PROSESDƏ BARIŞIQ SAZİŞİ” MÖVZUSUNDA BEYNƏLXALQ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

2014-11-13

Ədliyyə Akademiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçiliği ilə 12.11-13.11.2014-cü il tarixlərdə Bakı şəhərində “Park İnn” mehmanxanasında Türkiyə, Azərbaycan və Gürcüstan hakimlərinin, vəkillərinin və alimlərinin iştirakı ilə “Mülki prosesdə barışıq sazişi” mövzusunda 2 günlük dəyirmi masa/seminar keçirilmişdir.

        

Təlimdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, GİZ-in “Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” regional proqramının Azərbaycandakı rəhbəri Tomas Herrmann, Berlin 1-ci instansiya məhkəməsində mülki işlər üzrə hakimi Tomas Melser...

 

 

BAKIDA HAKİMLƏRİN TƏDRİSİNƏ DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

2014-09-29

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik bazası yaradılıb, yeni regional məhkəmələr təsis edilib, infrastruktur müasirləşdirilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub. Eyni zamanda, hakimlərin tədrisinə xüsusi diqqət yetirilərək, bu sahədə mütərəqqi Avropa təcrübəsinin öyrənilməsi məqsədilə səmərəli beynəlxalq əməkdaşlıq...

 

FRANSA RESPUBLİKASININ MƏHKƏMƏ-PROKURORLUQ MƏKTƏBİ VƏ ƏDLİYYƏ AKADEMİYASI ARASINDA DİNLƏYİCİLƏRİN (HAKİMLƏRİN) MÜBADİLƏSİ PROQRAMI DAVAM ETDİRİLİR

2014-09-22

Qeyd olunduğu kimi Fransanın Məhkəmə-Prokurorluq Məktəbi (Milli Magistratura Məktəbi) və Ədliyyə Akademiyası arasında 16.07.2013-cü il tarixində imzalanmış əməkdaşlıq protokoluna əsasən hakimliyə namizədlər və hakimlərin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi nəzərdə tutulmuşdur və həmin protokola uyğun olaraq Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbinin dinləyicisi, hakimliyə namizəd xanım Annabel Lesos 24 fevral-14 mart 2014-cü il tarixində təşkil olunan təcrübə mübadiləsi proqramında iştirak etmişdir.

 

Əməkdaşlıq münasibətlərinin davamı olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri Fuad Talışinski, Elnur Həsənov və Abiddin Hüseynov 22-26.09.2014-cü il tarixdə Fransa Respublikasının Paris şəhərində yerləşən...