Missiyamız
- İnsan hüquqlarına və hüququn aliliyinə uyğun,ədalətli və qərəzsiz mühakimə,digər hüquqi bilik və bacarıqların dinləyicilərə çatdırılması istiqamətində təhsil fəaliyyətini həyata keçirmək.
- Hüquq elminin müxtəlif sahələri üzrə fundamental və tətbiqi elmi araşdırmalar aparmaq və əldə olunmuş nəticələri ictimaiyyətə çatdırmaq.
- Hüquq və qanunvericilik sistemində baş vermiş dəyişiklikləri yaxından izləmək və hüquqi maarifləndirmə işini aparmaq.
- Milli və beynəlxalq hüquq sahəsində layihələr hazırlamaq və bu layihələrin uğurla həyata keçirilməsini təmin etmək.