Xəbərlər

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN HAKİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2016-06-03

İyunun 3-də Ədliyyə Akademiyasında birinci instansiya məhkəmələrinin hakimləri üçün "Ayrı-ayrı kateqoriyalara aid cinayətlərin xüsusiyyətləri" mövzusunda ixtisasartırma kursu keçirilib. Tədbirdə 20 hakim iştirak edib.

 

 

Kursda Ali Məhkəmənin Cinayət kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifovun, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsində idarə rəisi Vüqar Quliyevin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının sədri vəzifəsini icra edən, Məhkəmə-Hüquq Şurasının üzvü Rizvan Səfərovun mühazirələri dinlənilib.

 

 

Tədbirdə həmçinin "Ayrı-ayrı cinayət işləri üzrə məhkəmə təcrübəsindən irəli gələn problemlər", "Korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının qarşılıqlı əlaqəsi", "Korrupsiya cinayətlərinin tövsifi məsələləri"  adlı mövzular tədris olunub.