Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2017-02-17

Cari ilin 16-17 fevral tarixlərində “Excelsior”  mehmanxanasında hakimlər üçün Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının 6.2-ci hissəsində nəzərdə tutulan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqinə dair” layihəsi çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda təlim keçirilmişdir.

Keçirilmiş təlimdə apellyasiya və I instansiya məhkəmələrinin hakimləri olmaqla 25 hakim iştirak etmişdir.

Təlimin yekununda hakimlərə iştirakla bağlı sertifikat təqdim edilmişdir.