Xəbərlər

İCRA MƏMURLARI ÜÇÜN “İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ MÜASİR İMKANLARI VƏ ƏDLİYYƏ ORQANLARINDA TƏTBİQİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-02-21

Ədliyyə Akademiyası tərəfindən  20-21.02.2017-ci il tarixlərində Qeydiyyat və notariat baş idarəsində icra məmurları üçün “İnformasiya-kommunikasiya texnologiyalarının müasir imkanları və ədliyyə orqanlarında tətbiqi məsələləri” mövzusunda qısamüddətli təlim keçirilmişdir.

Tədris kursunun proqramına uyğun olaraq “Elektron hökumət, elektron xidmətlərin mahiyyəti və fəaliyyət prinsipləri. Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən elektron xidmətlər”, “Ədliyyə Nazirliyində tətbiq olunan informasiya sistemləri”, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” və ədliyyə orqanları qarşısında duran vəzifələr”, “Kompüterdən istifadə bacarıqlarının inkişaf etdirilməsi üzrə məşğələ”, “Elektron imza və onun tətbiqi məsələləri”, “Ədliyyə orqanlarında elektron sənəd dövriyyəsi sisteminin təşkili və tətbiqi məsələləri” və s. mövzular üzrə mühazirələr oxunmuşdur. Təlim 20 nəfər dinləyicinin iştirakı ilə keçirilmişdir.