Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏKİLLƏR ÜÇÜN TƏLİM KEÇİRİB

2017-02-22

Ədliyyə Akademiyası və Avropa Şurası 2014-2016-cı illər  Azərbaycan üçün Fəaliyyət Planının bir hissəsi olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” adlı yeni Layihənin icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda silsilə təlimlər həyata keçirilir.

 

Bununla əlaqədar olaraq, Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisi Ədliyyə Akademiyası ilə əməkdaşlıqda Vəkillər Kollegiyasınin üzvləri üçün  21-22 fevral 2017-ci il tarixdə Bakı şəhərində vəkillər üçün  “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi və ailə həyatına hörmət hüququ) mövzusunda iki günlük  təlim keçiriləcəyi bildirilmişdir. Təlimə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 35 üzvü cəlb edilmişdir.