Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2017-02-22

Cari ilin 22 fevral  tarixində məhkəmə aparatı işçiləri üçün Ədliyyə Akademiyasında “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda ixtisasartırma kursu təşkil edilmişdir.

 

İxtisasartırma kursunda  Bakı şəhərinin rayon məhkəmələrindən  və Abşeron Rayon Məhkəməsindən 25 nəfər məhkəmə aparatı işçisi iştirak etmişdir.

 

Kurs zamanı dinləyicilərə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi: Ümumi baxış, Ədalətli məhkəmə araşdırması hüququnun tətbiq dairəsi, Ədalətli məhkəmə araşdırması hüququ üzrə təqsirləndirilən şəxsin təminatları mövzusunda mühazirələr deyilmişdir.