Xəbərlər

Ədliyyə Akademiyasında Nizami Gəncəviyə Həsr Olunmuş Elmi-Praktiki Konfrans Keçirilib

2021-12-01

 Ölkə Prezidenti tərəfindən elan edilmiş 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində noyabrın 30-da Ədliyyə Akademiyasının təşkilatçılığı ilə böyük Azərbaycan şairinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvinin fəlsəfi-hüquqi baxışları” adlı videoformatda elmi-praktiki konfrans keçirilib.Ədliyyə Nazirliyinin, o cümlədən Ədliyyə Akademiyasının əməkdaşları və ədliyyə könüllüləri, hakimliyə namizədlər olmaqla 90 nəfərin iştirak etdiyi tədbirin açılışında Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov  çıxış edərək Nizami Gəncəvi İli elan edilməsinin klassik ədəbi-mədəni irsimizə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğının bariz təzahürü olduğunu bildirib, dahi şairin hüquq, ədalət və ədalətli cəmiyyət ideyalarının müasir dövrümüzdə də xüsusi əhəmiyyətini vurğulayıb.Konfransda Akademiyanın İnformasiya resursları şöbəsinin baş məsləhətçisi, f.e.d. professor İsmayıl Məmmədli “Azərbaycan mədəniyyəti və mənəviyyatında Nizami inciləri”, Elmi-tədqiqat və doktorantura şöbəsinin baş elmi işçisi, h.e.d. professor Xəyyam İsmayılov “Nizami Gəncəvinin ümumi rifah, sosial ədalət və ideal dövlət konsepsiyaları”, həmçinin tədbirə dəvət olunmuş AMEA-nın Folklor İnstitutunun elmi işçisi, f.e.d. professor İslam Sadıqov “Nizami Gəncəvinin türk xalq yaradıcılığından bəhrələnməyi və türkçülük məsələləri” mövzularında elmi məruzə ilə çıxış edib, Nizami irsinin cəmiyyətimiz və bütövlükdə bəşəriyyət üçün faydasından danışıblar.