Xəbərlər

HELP Kurslarının Onlayn Formada Açılış Tədbiri Keçirilib

2022-03-18

 

 

HELP Kurslarının Onlayn Formada Açılış Tədbiri Keçirilib

 

Ədliyyə Akademiyasının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində hakimlər və prokurorlar üçün üçün “Cinayət prosesində prosessual təminatlar və zərərçəkmiş şəxslərin hüquqları” və “Məhkəmə qərarlarının əsaslandırılması və İnsan hüquqları”  mövzularında  HELP kurslarının onlayn formada açılış tədbiri keçirilib. Açılış tədbirində Avropa Şurasının ekspertləri, həmçinin distant HELP kursuna cəlb ediləcək hakimlər və prokurorlar iştirak edib. Tədbirlərdə açılış nitqləri ilə çıxış edən Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Şöbəsinin direktoru Eva Pastrana, həmin şöbənin direktor müavini Ana Medarska-Lazova, Avropa Şurasının HELP proqramı (Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) barədə məlumat verib, mövzunun Azərbaycan hüquq mütəxəssisləri üçün əhəmiyyətini qeyd edib. Konvensiyanın 5 və 6-cı maddələri ilə bağlı Azərbaycana qarşı şikayətlərdən bəhs edən ekspertlər, bu mövzuların tədrisinin şikayətlərin sayınının azalmasına əhəmiyyətli təsiri olacağını qeyd ediblər. Ədliyyə Akademiyasının əməkdaşı Günel Sadıqova, açılış nitqində Ədliyyə Akademiyasının Avropa Şurası ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən müxtəlif layihələrdən, HELP kursları ilə bağlı Ədliyyə Akademiyası tərəfindən görülən işlərdən bəhs edib. “Avropa Şurasının HELP Proqramına qısa baxış” təqdimatı ilə çıxış edən Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Departamentinin layihə meneceri Mamuka Longurashvili, HELP kurslarının tədrisində azərbaycanlı istifadəçilərin sayının artdığını, insan hüquqlarının müdafiəsinə dair avropa standartlarının öyrənilməsində HELP kurslarının tədrisinin faydalı olduğunu bildirib. Daha sonra, Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Departamentinin layihə meneceri Ana-Maria Telbis, “Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları”, ekspert İvana Roagna isə, müəllifi olduğu “Məhkəmə qərarlarının əsaslandırılması və İnsan hüquqları” kurslarını təqdim ediblər. Tədbirin “dəyirmi masa” hissəsində HELP milli tyutorları Günay Əyyubova və Rafael Eyvazov öz HELP təcrübələri haqqında məlumat verib, təxminən 2 ay müddətində moderatorluq edəcəkləri kursların tətbiqinin praktiki aspektlərindən danışıblar. Gələcəkdə HELP platforması üzərindən tyutorlarla səmərəli kommunikasıyanın yaradılması məqsədilə, kurslara cəlb ediləcək iştirakçıların təqdimatları dinlənilib və kurslardan gözləntiləri ifadə edilib.


 

 

Ədliyyə Akademiyası