Xəbərlər

Avropa Şurası İlə Birgə Əməkdaşlıq Çərçivəsində HELP Təlimçilərinin Təlimi Keçirilib

2022-03-18


 

Avropa Şurası İlə Birgə Əməkdaşlıq Çərçivəsində HELP Təlimçilərinin Təlimi Keçirilib

 

10-11 mart tarixlərində Ədliyyə Akademiyasının Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin praktiki hüquqşünasları üçün onlayn formada HELP (Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) Təlimçilərinin təlimi keçirilib. Təlimdə Avropa Şurasının ekspertləri, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin hüquq mütəxəssisləri iştirak edib. Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Şöbəsinin direktoru Eva Pastrana, açılış nitqi edərək, HELP Proqramının icmalı, “Şərq Tərəfdaşlığı ölkələrində Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi” regional layihəsi barədə məlumat verib və təlimin əsas məqsədlərini qeyd edib. Daha sonra, Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Şöbəsinin direktor müavini Ana Medarska-Lazova, “HELP elektron tədris platforması və təlim metodologiyası - HELP necə işləyir?” mövzusunda təqdimat edib.  HELP kursunun uyğunlaşdırılmış versiyasını işə salmaq üçün istiqamətləri vurğulayan ekspert,  platformada milli adaptasiya və bununla əlaqədar milli tyutoların rolu və təcrübəsindən bəhs edib. Açılış təqdimatlarından sonra, “dəyirmi masa” sessiyasında Şərq Tərəfdaşlığı ölkələrindən təlimə cəlb olunan iştirakçılar, qısa təqdimatlar edərək,  təlimdən gözləntilərini ifadə ediblər. Avropa Şurasının Ədliyyə və İnsan Hüquqları üzrə Təlim Şöbəsinin Layihə meneceri Duqlas Maksvell, HELP platformasında kurs səhifəsinin, bölmələrin (modulların) yaradılması, səhifənin strukturlaşdırılması,  materialların, resursların yüklənməsi və  səhifəyə məzmunun əlavə edilməsi kimi HELP e-tədris alətlərindən bəhs edib.  Daha sonra, Forumun yaradılması, istifadəsi, tapşırıqların və testin yaradılması, iştirakçıların kursa qeydiyyatı ətrafında müzakirələr aparılıb. Təlimin ikinci günündə ekspert Duqlas Maksvell, iştirakçılarla platforma vasitəsilə ünsiyyət, tərəqqini izləmək, fəaliyyətə nəzarət etmək və iştirakçıların qiymətləndirilməsi HELP alətləri üzrə öyrənmə fəaliyyətlərini nümayiş etdirib. Seçilmiş bəzi kursların təqdimatı ilə çıxış edən ekspertlər Eva Massa, Ana Medarska-Lazova və Ana-Mariya Telbis, “Hakimlər, prokurorlar və vəkillər üçün etika”, “Məhkəmə qərarlarının əsaslandırılması və insan hüquqları” və “Cinayət İşləri üzrə Beynəlxalq Əməkdaşlıq” HELP kursları barədə məlumat veriblər. Təlimin yekununda ekspertlər iştirakçılara tytorluq sertifikatını əldə etmək üçün addımları qeyd ediblər və milli tyutorun platforma üzərindən rolunun nədən ibarət olacağı barədə təlimatlar veriblər.

 

 

 

 

Ədliyyə Akademiyası