Xəbərlər

Ədliyyə Naziri Ağdam Rayonunda Vətəndaşları Qəbul Edəcək

2022-04-06


 

Ədliyyə Naziri Ağdam Rayonunda Vətəndaşları Qəbul Edəcək

 

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov aprelin 8-də Ağdam rayonu Quzanlı qəsəbəsində ədliyyə fəaliyyəti ilə bağlı Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Vətəndaşlar qəbula Qarabağ və Bərdə regional ədliyyə idarələri (əlaqə telefonları: (+99451) 927-66-99 və (+99470) 738-17-19), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (+99499) 317-22-05 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı