Xəbərlər

Heydər Əliyev Mərkəzi ilə tanışlıq

2023-03-30


Ümummilli Liderin 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin kollektivi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təmsilçiləri, eləcədə paytaxtda və bölgələrdə fəaliyyət göstərən bələdiyyələrin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ziyarətçilər Mərkəzin fəaliyyəti, orada yaradılmış Heydər Əliyev Muzeyində dahi öndərin mənalı və zəngin ömür yolu və çoxşaxəli fəaliyyətinə həsr olunan maraqlı ekspozisiyalar, foto və video materiallarla tanış olub, Ulu Öndərə həsr olunan filmə baxıblar.

Həmçinin Azərbaycanın çoxəsrlik tarixi və mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi “Azərbaycan inciləri” sərgisinə maraq göstərilib.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq izləyicilərdə xoş və zəngin təəssürat yaradıb.