Xəbərlər

Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar üçün “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda təlim keçirilmişdir

2023-04-10

 

 

           07.04.2023-cü il tarixində Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar üçün “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda təlim keçirilmişdir.

Təlim Proqrama uyğun həyata keçirilmişdir. Mühazirəçi qismində Səhiyyə Nazirliyinin “Мəhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin Kompleks ekspertizalar şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ceyhun Ələkbərov çıxış etmişdir.

Çıxışına ümumi məlumatlarla başlayan Ceyhun Ələkbərov bildirmişdir ki, narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Narkomaniya insanları tədricən məhv edir, ölümə sürükləyir. Təsadüfi deyildir ki, narkomaniya həm də “ağ ölüm”  adlandırılır. Narkotik maddələr tələdir. Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur.

Ceyhun Ələkbərov qeyd etmişdir ki, narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. Narkomaniya ilə mübarizə dövlətin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrindəndir. Ölkəmizdə də bu istiqamətdə qətiyyətli addımlar atılmaqdadır. Eyni zamanda, təlimçi narkomanlıqla mübarizədə dövlət tərəfindən yaradılmış şərait, məşğulluğun artırılması, maarifləndirmə tədbirlərinin mübarizə sahəsində böyük rol oynadığını bildirmişdir.

Təlimdə, həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” 2019-2024-cü illər üçün Dövlət Proqramı və qarşıda duran vəzifələr barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Təlim müzakirə formasında keçirilmişdir. Təlimdə iştirak edən qadınlar onları maraqlandıran məsələlərlə bağlı suallarını vermiş, fikirlərini bildirmişdir, həmçinin, müəssisə tərəfindən də mütəmadi olaraq narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbirlər keçirildiyini, müəssisənin işçiləri tərəfindən daim onun ziyanı barədə, sağlam həyatın önəmi barədə danışıqların aparıldığını, görülən tədbirlərin xüsusilə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar” cinayətlərlə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş qadınların islah olunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər.

Təlimdə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 50 nəfər məhkum iştirak etmişdir