Xəbərlər

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqənin nəticələri üzrə namizədlər icbari təlimə buraxılmışlar

2023-04-11

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, nazirliyin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulmuşdur.

Müsabiqə üzrə test imtahanından uğur qazanmış namizədlərlə ikinci mərhələdə cari ilin fevral-aprel aylarında fərdi qaydada aşkarlıq şəraitində söhbət aparılmışdır.

Bu mərhələdə iştirak etmiş 54 namizəddən 25 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların aprel ayının 14-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilmişdir.

İcbari təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən hüquqşünaslara peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə verilməklə onlar ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar.

Namizədlər icbari təlimdə iştirakla bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlamalıdırlar (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).



Müsabiqədən keçərək icbari təlimə cəlb olunan namizədlərin siyahısı:

1.

Abbasova Nailə Əflatun qızı

2.

Abdurəhmanov Raul Elman oğlu

3.

Cəfərova Bağdagül Səmid qızı

4.

Dəmirov Şadman Bəhman oğlu

5.

Əhmədova Sevinc Soltanhəmid qızı

6.

Ələkbərova Sona Aris qızı

7.

Əlizadə Gülər Ramiz qızı

8.

Ərşadlı Urşan Natiq oğlu

9.

Fərhadlı Tural Novruz oğlu

10.

Hacızadə Hacı Elşən oğlu

11.

Həsənli Cavid Qurban oğlu

12.

Həsənzadə Səkinə Əjdər qızı

13.

İsgəndərli Könül İmran qızı

14.

İsmayılov Orxan Hüseynəli oğlu

15.

İsmayılov Tunar Mehdi oğlu

16.

Kazımlı Mətin Rövşən oğlu

17.

Qurbanova Aytən Rafail qızı

18.

Qüdrətli Natəvan Vaqif qızı

19.

Məmmədov Yusif Hüseyn oğlu

20.

Məmmədova Turanə Telman qızı

21.

Nəcəfov Mərdəli Ziyatxan oğlu

22.

Novruzova Sevda Allahverdi qızı

23.

Paşazadə Paşa Sulduz oğlu

24.

Salayev Mirtehran Pənah oğlu

25.

Şükürlü Ləman İmanverdi qızı

Eyni zamanda Müsabiqə Komissiyası xatırladır ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı davam edən müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ərizə ilə müraciət edə bilərlər (www.exidmet.justice.gov.az). Müvafiq sayda namizəd qrupu formalaşdıqca növbəti test imtahanları keçiriləcəkdir.

Ətraflı məlumatı nazirlikdən əldə etmək olar (Bakı şəhəri, İnşaatçılar prospekti 1, telefon: 538-01-62, 538-08-85, elektron poçt: contact@justice.gov.az).