Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA XOCALI SOYQIRIMI FACİƏSİNİN İYİRMİ ÜÇÜNCÜ İL DÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR

2015-02-26

Ədliyyə Akademiyasında Respublikanın digər idarə və təşkilatlarında olduğu kimi 26 fevral 2015-ci il tarixdə Xocalı soyqırımı faciəsinin iyirmi ücüncü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

 

 

Tədbirdə Xocalı soyqırımı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

 

AVROPA ŞURASININ AZƏRBAYCAN ÜÇÜN 2014-2016-CI İLLƏR ÜZRƏ FƏALİYYƏT PLANININ TƏRKİB HİSSƏSİ OLAN “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ AVROPA İNSAN HÜQUQULARI MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏTBİQİ” LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

2015-02-24

Ötən müddətdə ölkəmizin AŞ və onun struktur qurumları ilə əməkdaşlıq münasibətləri yüksələn xətlə dinamik inkişaf etmiş, Avropa ekspertlərinin iştirakı ilə Azərbaycanda mütərəqqi genişmiqyaslı islahatlar həyata keçirilmiş və bir çox mühüm nailiyyətlər əldə olunmuş, cari ilin mayında AŞ Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Eyni zamanda, Azərbaycan və AŞ-nın birgə təşəbbüsü ilə gələcək strateji prioritetləri müəyyən edən bu mötəbər təşkilatın 2014-2016-cı illər üzrə ölkəmiz üçün Fəaliyyət Planı hazırlanaraq qəbul olunmuşdur. Fəaliyyət Planının qəbul olunması Azərbaycan və Avropa Şurası arasında ikitərəfli münasibətləri yeni mərhələyə yüksəldmiş, ölkəmizdə demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına və qanunun aliliyinə mühüm tövhə olmuşdur.

 

FRANSALI HÜQUQŞÜNAS ÖLKƏMİZDƏ TƏCRÜBƏ KEÇİB

2015-02-19

Ədliyyə Nazirliyi tərəfindən qabaqcıl xarici dövlətlərlə beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsinə böyük önəm verilərək 2013-cü ildə Ədliyyə Akademiyası ilə Avropada böyük nüfuza malik Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbi arasında Əməkdaşlıq haqqında Protokol imzalanıb. Həmin sənədin implementasiyası çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilərək hakim və hakimliyə namizədlərin təcrübə mübadiləsi, tədris səfərləri və kurslar təşkil olunur, o cümlədən ötən ilin əvvəlində Məktəbin stajoru, hakimliyə namizəd ölkəmizdə təcrübə keçib.

 

ƏDLİYYƏ AKADEMİYASI VƏKİLLƏR ÜÇÜN TƏLİMLƏR KEÇİRİB

2015-02-12

Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təşviqinə dair aparılan məqsədyönlü islahatlar çərçivəsində Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə insan hüquqları ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılmasına dair birgə iki illik layihə həyata keçirilir.

 

Həmin layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində Ayrı-seçkiliyin qadağan olunması baxımından İnsan Hüquqları üzrə Avropa Konvensiyasının ayrı-ayrı müddəalarına, xüsusilə mülkiyyətin müdafiəsi, şəxsi həyata və ailə həyatına hörmət hüquqlarının qorunmasına həsr olunmuş təlimlər keçirilib.

 

 

GƏNC HÜQUQŞÜNASLARIN VƏ HÜQUQŞÜNAS TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

2015-01-30

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının nəzdində Hüquq klinikası fəaliyyət göstərir.

 

Klinikanın əsas məqsədi hüquq fakültəsinin tələbələrinə və kifayət qədər hüquqi təcrübəsi olmayan hüquqşünaslara praktiki vərdişlərin aşılanmasıdır. Bu məqsədlə hüquq klinikasında praktiki vərdişlərin öyrənilməsi üçün interaktiv metodlardan istifadə etməklə dərslər təşkil edilir.