Xəbərlər

FRANSA RESPUBLİKASININ MƏHKƏMƏ-PROKURORLUQ MƏKTƏBİ VƏ ƏDLİYYƏ AKADEMİYASI ARASINDA DİNLƏYİCİLƏRİN (HAKİMLİYƏ NAMİZƏDLƏRİN) MÜBADİLƏSİ PROQRAMI HƏYATA KEÇİRİLİR

2014-03-14

Fransanın Məhkəmə-Prokurorluq Məktəbi və Ədliyyə Akademiyası arasında 16.07.2013-cü il tarixində imzalanmış əməkdaşlıq protokoluna əsasən hakimliyə namizədlər və hakimlərin qarşılıqlı səfərləri və təcrübə mübadiləsi nəzərdə tutulmuşdur.

 

Protokola uyğun olaraq Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbinin dinləyicisi, hakimliyə namizəd xanım Annabel Lesos 24 fevral-14 mart 2014-cü il tarixində təşkil olunan təcrübə mübadiləsi proqramında iştirak...

 

ƏDLİYYƏ ORQANLARINA QULLUĞA QƏBULLA BAĞLI NÖVBƏTİ AÇIQ MÜSABİQƏ ELAN EDİLİR

2014-02-12

Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində mütəşəkkil qaydada işlər davam etdirilir və Müsabiqə Komissiyası hazırda onuncu müsabiqə üzrə test imtahanında uğur qazanmış namizədlərlə fərdi qaydada söhbət keçirməklə yanaşı növbəti açıq müsabiqə elan edir.

 

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNİN PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ TƏŞKİLİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR

2013-09-17

Sentyabrın 17-də "Azərbaycan Respublikası Prezidentinin seçkilərinin penitensiar müəssisələrdə təşkili məsələləri" mövzusunda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mərkəzi Seçki Komissiyasının birgə seminar-müşavirəsi keçirilmişdir.

Penitensiar müəssisələrin rəhbərləri üçün nəzərdə tutulan tədbirdə ədliyyə nazirinin müavini Azər Cəfərov, MSK-nın sədr müavini Natiq Məmmədov, Penitensiar xidmətin və Ədliyyə Akademiyasının məsul əməkdaşları və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən nazir müavini ötən illər respublikamızda seçki sisteminin təkmilləşdirilməsi prosesinin uğurla həyata keçirildiyindən, Seçki Məcəlləsinin beynəlxalq standartlara uyğunlaşdırılmasından və onun vətəndaşlarımızın azad seçim edə bilməsinə təminat verməsindən danışmışdır. Qarşıdan gələn prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə təşkil edilməsi üçün lazımi tədbirlərin görüldüyünü, cəmiyyətin bütün təbəqələrinin səsvermədə azad iştirakını və sərbəst seçimini təmin edəcək demokratik seçki mühitinin yaradılmasını vurğulamışdır. Seminarda penitensiar müəssisələrdə seçicilərin azad iştirakının təmin olunmasına, səsvermə günündə müşahidəçilərin və KİV nümayəndələrinin seçkini izləmək üçün cəzaçəkmə yerlərinə daxil olmalarına, seçki prosesinə müdaxilələrin...

 

ƏDLİYYƏ AKADEMİYASINDA VƏKİLLƏR VƏ MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLİB

2013-09-06

Avqustun 5 –də Ədliyyə Akademiyasında vəkillər və məhkəmə aparatı işçiləri üçün "Vəkillər və məhkəmə aparatı işçilərinin etik davranışının xüsusiyyətləri: milli qanunvericilik və beynəlxalq standartlar" mövzusuna həsr olunmuş seminar keçirilib.

Seminar Mərkəzin və Ədliyyə Akademiyasının təşkilati, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən "Peşədaxili davranış qaydaları korrupsiyaya qarşı mübarizədə əsas alət kimi" adlı layihə çərçivəsində təşkil olunub.

Seminarda Bakı şəhər rayon məhkəmələrinin və Vəkillər Kollegiyasının Bakı şəhərində fəaliyyət göstərən üzvlərinin 30-dək nümayəndəsi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın prorektoru Elçin Xələfov vəkil və məhkəmə aparatı işçilərinin davamlı tədrisi çərçivəsində etika məsələlərinə dair seminarların təşkilinin əhəmiyyəti, hazırda bu mövzunun günümüzün tələbi ilə səsləşməsi barədə öz fikirlərini bildirib, təbdir iştirakçılarına uğurlar arzulayıb.

 

ƏDLİYYƏ AKADEMİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

2013-07-31

Ədliyyə Nazirliyi tərəfindən qabaqcıl xarici dövlətlərlə beynəlxalq hüquq əməkdaşlığının dərinləşdirilməsinə böyük əhəmiyyət verilir, o cümlədən Ədliyyə Akademiyasının Avropanın tanınmış institutları ilə təcrübə mübadiləsi sahəsində əlaqələri genişlənir.

İyulun 14-20-də Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Tağı Eynullayev Fransada və İspaniyada səfərdə olmuşlar.

Səfər çərçivəsində Avropada böyük nüfuza malik, Fransanın Milli Məhkəmə-prokurorluq Məktəblənin (ENM) Parisdə yerləşən beynəlxalq əlaqələr və davamlı tədris və Bordo şəhərində yerləşən müsabiqə və ibtidai tədris şöbələrinin məsul vəzifəli şəxsləri, o cümlədən Məktəbin direktoru Ksavyer Ronsan ilə işgüzar görüşlər...